Arda Turanın toyu təxirə salındı

Cütlük toyu yayın sonuna keçirib

İspaniyanın "Atletiko" (Madrid) komandasının türk futbolçusu Arda Turanın aktrisa Sinem Kobal ilə toyu təxirə salınıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, toy iyunda ayında baş tutmalı idi.

Ötən aylarda ailə arasında nişan mərasimi keçirən cütlük toyun vaxtını iki ay uzadıblar. Tərəflər hələlik toyun avqusta keçirilməsinin səbəblərini açıqlamayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31