Hamit Altıntopdan "Şalke" azarkeşlərinə maraqlı mesaj
14 Mart 2013 19:15 İdmanİstanbulun "Qalatasaray" futbol klubunun forvardı Hamit Altıntop, maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, FİFA-nın rəsmi saytına açıqlama verən H.Altıntop bildirib ki, artıq onu qarşıdakı mərhələdəki rəqib komandanın kimliyi düşündürür. "Şalke" üzərində əzmkar qələbə qazandıqlarını deyən H. Altıntop, alman klubuna vurduğu qola görə, 2003-2007-ci illərdə çıxış etdiyi keçmiş komandasının azarkeşlərinin onu bağışlayacaqlarına əmin olduğunu da dilə gətirib. H.Altıntop bildirib ki, hazırda əsas məqsədləri UEFA Çempionlar Liqasının finalına qədər irəliləməkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31