Futbolsevərlərə xoş xəbər

Qətər əmirliyi şərqin ən böyük liqasını yaratmağı planlaşdırılır

Neft milyarderi olan Qətər Əmirliyi Şərqin futbol liqasını yaratmaq üçün işə başlayır. ANS PRESS-in məlumatına görə, İngiltərənin "Daily Mirror" və "The Times" qəzetləri yeni liqanın "Dream Football League" adlandırılacağını yazıblar. Liqaya dünyanın ən yaxşı 24 komandası dəvət ediləcək. Hər kluba 200 milyon avro pul veriləcək. 14 komanda liqada daima qalacaq, geri qalan 8 komanda isə təsnifat mərhələsi ilə seçiləcək.

Əmirlik bu liqa ilə bağlı gələn ay daha geniş açıqlama verəcək. matçların körfəz bölgəsinin 6 şəhərində oynalınacağı qeyd edilir. Əgər bütün planlar gerçəkləşsə Çempionlar Liqasının rəqibi 2015-ci ildə başlayacaq. Turnirin kölgədə 40 dərəcə istidə oynalıcağı yönündəki tərəddüdlərə gəldikdə isə, təşkilatçılar 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatında istifadə ediləcək soyutma sistemindən istifadə ediləcəyini deyiblər.

İngiltərənin turnirə dəvət edilməsi düşünülən 4 komanda "Mançester Yunayted", "Tottenhem", "Arsenal", "Mançester Siti", "Liverpul" və "Çelsi" arasından seçiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31