Baş nazirdən Fatih Terimə sürpriz
13 Mart 2013 16:32 İdmanBaş nazir Rəcəb Tayyib Ərdoğan Çempionlar Liqasının 1/8 finalında "Şalke 04" - "Qalatasaray" oyunundan sonra Fatih Terimə zəng edərək təbrik edib. Milli.Az Sabah-a istinadən xəbər verir ki, baş nazir "İmperator"a zəng edərək əla uğurları münasibəti ilə onu və futbolçuları təbrik edib. Xatırladaq ki, "Qalatasaray" "Şalke"ni səfərdə 2:3 hesabı ilə məğlub edərək Çempionlar Liqasının 1/4 final mərhələsinə adlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31