Droqba: "1/4 finalda "PSJ" ilə qarşılaşmaq istərdim"
14 Mart 2013 05:51 İdmanİstanbulun "Qalatasaray" futbol klubunun forvardı Didye Droqba, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində qarşılaşmaq istədikləri komandanın adını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu Fransa mətbuatına verdiyi açıqlamada bildirib ki, o 1/4 final mərhələsində "PSJ" ilə qarşılaşmağı arzu edir. Bu fikrini Almaniyada olduğu kimi, Fransada da türklərin çoxluq təşkil etməsi ilə əlaqələndirən D.Droqba, belə olacağı təqdirdə olduqca maraqlı bir qarşılaşmanın baş tutacağını elan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31