Useyn Bolt Messini qabaqladı
Qaçışçı ilin ən yaxşı idmançısı seçilib
13 Mart 2013 18:56 İdmanBraziliyanın paytaxtı Rio-de-Jeneyro şəhərində "Oskar" mükafatının təntənəli təqdimetmə mərasimi keçirilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu ilin laureatları yamaykalı qaçışçı Useyn Bolt və Cessika Ennisdir.
Useyn Bolt artıq üçüncü dəfədir ki, ilin idmançısı seçilir. O, London Olimpiadasında 100 və 200 metr məsafəyə qaçış üzrə qızıl medala layiq görülüb. Qaçışçı səsvermədə velosipedçi Bredli Uiqqinsi və futbolçu Lionel Messini, üzgüçü Maykl Felpsi, yüngül atlet Mo Faru və qaçışçı Sebastyan Fetteli qabaqlayıb.
İlin ən yaxşı qadın idmançısı seçilən Cessika Ennis isə yüngül atletlər Ellison Feliks, Şelli En Freyzer-Prays, üzgüçü Missi Franklin, tennisçi Serena Uilyams, xizəkçi Lindsi Vonnu geridə qoyub.
İlin kəşfi - tennisçi Endi Marrey, ekstermal idman növləri üzrə ən yaxşı idmançı Feliks Baumqartner, ən yaxşı əlil idmançı isə Damniel Diasa seçilib.