"Barselona" və "Qalatasaray" növbəti mərhələdə

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, cavab görüşləri çərçivəsində 2 matç baş tutub.
Bu qarşılaşmalardan biri də Azərbaycan futbol azarkeşləri üçün böyük maraq kəsb edirdi. Belə ki, qardaş ölkə - Türkiyənin "Qalatasaray" klubu səfərdə "Şalke"nin qonağı olub. İlk matçda qalib müəyyənləşməmişdi (1:1) və bunun üçün hər şeyə "Veltins Arena"da aydınlıq gələcəkdi.
Oyunda azarkeşlər 5 qola şahidlik edib. Öncə meydan sahibləri hesabı açsalar da, daha sonra qonaqlar 2 dəfə fərqlənərək fasiləyə üstün yollanıb. İkinci hissədə isə "Şalke" hesabı bərabərləşdirməyə nail olub. Lakin sonradan meydana daxil olan Umut Bulut komandasına qələbə gətirən qola imza atıb - 2:3. Bununla da "Qalatasaray" Almaniyada tarix yazaraq 1/4 finala keçib.
"Barselona" evdə oynasa da, işi daha çətin idi. İtaliyada Milanın eyniadlı təmsilçisindən 2 cavabsız qol buraxan kataloniyalılar bu məğlubiyyətin əvəzini çıxmalı idilər. Elə "Barselona"da istədiyinə nail olaraq "Nou Kamp"da şou göstərib.

Beləliklə, "Milan"ı 4:0 hesabı ilə məğlub edən Kataloniya klubu adını növbəti mərhələyə yazdırıb.

12 mart

"Barselona" (İspaniya) - "Milan" (İtaliya) - 4:0

QOLLAR: Messi, 5; 40, Vilya, 55, Alba, 90

İlk oyun - 0:2



"Şalke" (Almaniya) - "Qalatasaray" (Türkiyə) - 2:3

QOLLAR: Noyştedter, 18, Bastos, 63 - Altıntop, 37, Burak, 42, Umut, 90+4



İlk oyun - 1:1

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31