Burak Yılmaz: "Yarımfinal? Niyə də yox?"
13 Mart 2013 19:07 İdman"Qalatasaray" klubunun forvardı Burak Yılmaz Çempionlar Liqasında "Şalke 04"ə qarşı 1/8 final cavab oyununu şərh edib.
Milli.Az Sports-a istinadəın bildirir ki, Burak deyib: "Bu, möhtəşəm bir matç idi. Hər şey biz istəyimiz kimi keçdi. Bizim yeni məqsədimiz yarımfinala çıxmaqdır. Növbəti mərhələdə çox güclü komandalar olacaq, amma bizim üçün kimlə oynayacağımız çox da vacib deyil, çünki biz meydana çıxıb pələng kimi döyüşəcəyik. Biz artıq gözlədiyimizdən ötmüşük. Yarımfinal? Niyə də yox?"
Xatırladaq ki, ilk oyunda "Qalatasaray" 1:1 hesablı heç-heçəyə nail olmuşdu. Cavab oyununda, səfərdə "Şalke"ni 3:2 hesabi ilə məğlub edərək 1/4 final mərhələsinə adlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31