Qattuzo karyerasını bitirir
Futbolçu bundan sonra məşqçilik fəaliyyəti ilə məşğul olacaq
12 Mart 2013 18:41 İdmanİsveçrənin "Sıon" klubunun 35 yaşlı yarımmüdafiəçisi Cennaro Qattuzo bu mövsümün sonunadək karyerasını bitirəcəyini elan edib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, futbolçunun bir oyun daha oynayacağını və bundan sonra isə məşqçi kimi fəaliyyət göstərəcyini bildirib.
Xatırladaq ki, İtaliya yığmasının və "Milan"ın keçmiş yarımmüdafiəçi Qattuzo "Milan"ın heyətində 300-dən artıq oyun keçirib. Futbolçu 73 oyunda İtaliya yığmasının geyimində meydana çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31