Bu axşam "Barselona" "Milan"a, "Qalatasaray" "Şalke"yə qarşı!
12 Mart 2013 18:57 İdmanBu axşam UEFA Çempionlar Liqasının 18 final mərhələsinin cavab qarşılaşması çərçivəsində daha iki oyun keçiriləcək. Siasport.az saytı xəbər verir ki, ilk oyunda "Milan"a 0:2 hesabı ilə məğlub olan "Barselona", öz meydanında italyanlara qalib gəlməyə çalışacaq. Digər bir qarşılaşmada isə, İstanbulun "Qalatasaray" futbol klubu Almaniyada yerli "Şalke"nin qonağı olacaq. İlk qarşılaşmada tərəflər meydanı 1:1 hesablı heç-heçə ilə tərk etdikləri üçün bu qarşılaşmanın da nəticəsi böyük maraqla gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31