Useyn Bolt Messini üstələdi
12 Mart 2013 19:27 İdmanYüngül atlet Useyn Bolt karyerasında 3-cü dəfə "İdman Oskarı" alaraq İspaniyanın "Barselona" klubunun argentinalı ulduzu Lionel Messini geridə qoyub.
milli.Az European-a istinadən bildirir ki, yüngül atletlər Useyn Bolt və Cessika Ennis Laureus World Sports Awards-ın versiyası ilə "İlin idmançıları" seçiliblər.
Hər kateqoriyada qalibləri Laureus Beynəlxalq İdman Akademiyasının 46 üzvündən ibarət münsiflər heyəti seçib. Əsas nominantların siyahısını dünyanın müxtəlif ölkələrindəki jurnalistlər formalaşdırıblar. Mükafatın təqdimat mərasimi Braziliyanın Rio-de-Janeyru şəhərində keçirilib.
Useyn Boltla yanaşı, "İlin ən yaxşı kişi idmançısı" adına veloyürüşçu Bredli Uiqqins, futbolçu Lionel Messi, üzgüçü Maykl Felps, yüngül atlet Mo Farah və avtopilot Sebastyan Fettel namizəd idilər. Bolt əvvəllər Laureus mükafatını 2009 və 2010-cu illərdə alıb.