"Çelsi" Droqbanın ad gününü təbrik etdi

İngiltərənin "Çelsi" futbol klubu, öz rəsmi twitter səhifəsindən keçmiş futbolçusu olan Didye Droqbanı, 35 yaşının tamam olması münasibəti ilə təbrik edib. Siasport.az saytı xəbər verir ki, "zadəğanların" rəsmi twitter səhifəsində yayımlanan təbrikdə, hazırda İstanbulun "Qalatasaray" futbol klubunda çıxış edən keçmiş "Çelsi"li futbolçuya gələcək həyatında xoşbəxtlik və səadət dolu arzular yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31