Əmrədən xəbər var
12 Mart 2013 19:11 İdman"Bursaspor"la keçirilmiş qarşılaşmada 24-cü dəqiqədə zədələnərək meydanı tərk edən Əmrə Belazoğlu barədə yeni məlumat yayılıb. Siasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı təcrübəli futbolçu zədə üzündən ən azı bir həftə yaşıl meydanlardan uzaq qalacaq. Onun UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində "Viktoriya" ilə keçiriləcək qarşılaşmada və "Antalyaspor"la səfər oyununda "Fənərbaxça"ya kömək edə bilməyəcəyi məlum olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31