Mourinyonun gedişinə 11 tur qalıb
12 Mart 2013 11:28 İdmanMadrid "Real"ının baş məşqçisi Joze Mourinyo mövsümün sonunda öz postunu tərk edəcək. Publika.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ispan jurnalist Xose Ramon de la Morena məlumat yayıb. Onun sözlərinə görə, Mourinyo "Selta" ilə oyundan sonra gedəcəyini bildirib:
"Klub prezidenti Florentino Peres və Mourinyo razılığa gəlib ki, baş məşqçi yayda komandanı tərk edəcək. Bu, "Real"ın əldə etdiyi nəticələrdən asılı olmayacaq. Sadəcə olaraq məsələ ilə bağlı məlumat vermək istəmirlər. Daxili çempionatın qurtarmağına və Mourinyonun gedişinə 11 tur qalıb. Klub prezidenti və məşqçi arasında razılıq hələ yanvar ayında olub. Ona görə də Mourinyo yeni mövsümə hazırlaşmaq barədə düşünmür. Hətta ona deməyiblər ki, "Real" Çində oynayacaq. Buna baxmayaraq qalan müddət ərzində Mourinyonun qaydaları işləyəcək. Viqoda "Selta" ilə oyundan sonra o deyib: "Təxminən iki ay yarım vaxtım qalıb. Sonra nə istəyirsizsə, onu da edin. O vaxta qədər klubda oyunçulara mənim sözlərim keçəcək".