Hakan Şükür polis bölməsində

Keçmiş futbolçu və hazırkı millət vəkili Hakan Şükür polis bölməsinə gedib. 
"Qafqazinfo" xəbər verir ki, buna səbəb sosial şəbəkələrdən Hakan Şükürə və onun ailəsinə ünvanlanan təhqirlər olub. "Sosial şəbəkələrdən mənə və ailəmə çox ağır söyüşlər yazılır. Eyni himni oxuyuruq, eyni ölkə üçün çalışırıq, ancaq bunun qarşlığında ağır söyüşlər eşidirik. Bununla əlaqədar polisə müraciət etmişəm və müfaviq tədbirlərin görülməsini gözləyirəm"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31