Britaniyanın ən məşhur futbolçusu "Şeytan" çıxdı
11 Mart 2013 19:54 İdmanHollandiyalı Van Persi siyahıya başçılıq edir. "Mançester Yunayted"in hücumçusu Robin Van Persi İngiltərə Premyer Liqasında ən çox futbolkası satılan oyunçudur.
Sportal.az xəbər verir ki, hollandiyalı futbolçunun formaları digərlərinə nisbətən daha çox satılır. İkinci yerdə "Liverpul"un kapitanı Stiven Cerrard, üçüncüdə isə Van Persinin komanda yoldaşı Ueyn Runi qərarlaşıb.
Böyük Britaniyada ən çox futbolkası satılan oyunçular aşağıdakılardır:
1. Robin Van Persi (20) - 25, 4 %
2. Stiven Cerard (8) - 8,2
3. Ueyn Runi (10) - 6
4. Sinzi Kaqava (26) - 5,8
5. Luis Suares (7) - 3,6
6. Edin Hazard (17) - 3,1
7. Poul Skoulz (22) - 2,7
8. Fernando Torres (9) - 2,5
9. Serxio Aquero (16) - 2,2
10. Lukas Padolski (9) - 2,1