Azərbaycan yığması Dünya çempionatında 2-ci yeri tutdu
11 Mart 2013 15:23 İdmanRusiyada buzadırmanma üzrə 2013-cü il Dünya Çempionatı başa çatıb. Azərbaycan Alpinizm Federasiyasından "OLAYLAR"-a verilən məlumata görə, martın 8-dən 10-dək 2013-cü il mövsümünün final yarışlarında dünyanın ən güclü buzadırmaşanları iştirak ediblər. 2013-cü il final mövsümünün yarışlarında iştirak etmək üçün Rusiyanın Kirov vilayətinə 18 ölkədən 79 atlet gəlib. Azərbaycan yarışda iki yığma komandayla təmsil olunub: Azərbaycan Alpinizm Federasiyası və Hava-Ekstremal idman növləri Federasiyaları. İdmançılarımızın fərdi olaraq medal qazana bilməməsinə baxmayaraq, yığmamız Dünya Çempionatı 2013-də sürət yarışlarında ümum komanda hesabında ikinci yeri tutdub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31