"Real"ın yeni ulduzu Parisi seçdi
7 Mart 2013 19:38 İdmanMadrid "Real"ının futbolçusu Rafael Varan Çempionlar Liqasının 1/4 final mərhələsində qarşılaşmaq istədiyi klubun adını açıqlayıb. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o deyib ki, Fransa PSJ-si "Real" üçün yaxşı bir rəqib olar.
"PSJ-yə qarşı oynamaqdan zövq alaram", - deyə futbolçu "Beinsport"a bildirib.
Qeyd edək ki, "Real" "Mançester Yunayted"i, PSJ isə "Valensiya"nı mübarizədən kənarlaşdıraraq 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31