Lionel Messi: "Düşdüyümüz vəziyyətdən çıxacağıq"
7 Mart 2013 19:08 İdman"Barselona"nın hücumçusu Lionel Messi bu gün mətbuat konfransı keçirib. Konfransda komandasının son üç oyundakı məğlubiyyəti haqda danışan argentinalı ulduz bu uğursuzluqların onların əhval-ruhiyyəsinə mənfi təsir etdiyini bildirib: "Məğlubiyyətimizin səbəbini bilirik. Amma bu sirr bizim komandanın daxilində qalacaq. Onu deyə bilərəm ki, düşdüyümüz bu vəziyyətdən çıxacağıq".
Messi gələn həftə Çempionlar Liqasının 1/8 final mərhələsində "Milan"a qarşı keçirəcəkləri cavab oyunu haqda da fikirlərini açıqlayıb: "Necə ki, onlar Milanda bizə iki qol vurdular, biz də eyni şeyi Barselonada təkrarlaya bilərik. Hamımız komandamıza daha çox şey vermək məcburiyyətində olduğumuzun fərqindəyik".
Messi baş məşqçiləri Tito Vilanova və futbolçu Erik Abidalın səhhətiylı bağlı problemlərin komandaya təsir etdiyini söyləyib: "Amma bunlar məğlubiyyətlərimizə bəhanə olmamalıdır. Biz güclüyük və özümüzə gələcəyik".