"Mançester Yunayted" "Şrek"i satır?

"Mançester Yunayted"in baş məşqçisi Aleks Fergüson komandasının hücumçusu Ueyn Runinin öz işinə münasibətindən narazıdır.
Qol.Az-ın "The Telegraph"a istinadən yaydığı xəbərə görə, şotlandiyalı məşqçini futbolçunun fiziki durumu qane etmir. Qəzet yazır ki, uzun muddətdir davam edən bu narazılıq sonda Fergüsonun Runini komandadan göndərməsinə gətirib çıxara bilər.
Runinin artıq bu mövsümün sonunda transferə çıxarılacağı istisna edilmir. Bu baş verərsə, hücumçuya 20 milyon funt-sterlinq qiymət qoyulacaq.
Milli.Az sport.rbc-yə istinadən bildirir ki, forvard ilə PSJ maraqlanır və 46 milyon avroya almaq istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31