Diyk Kuyt "Fənərbaxça" azarkeşlərinə çempionluq söz verdi

Keçən həftə "Beşiktaş"la keçirilən derbidə 2:3 hesablı məğlubiyyətə uğrayan "Fənərbaxça" klubunun futbolçuları hələ də lider "Qalatasaray"la olan 5-6 xal fərqinə baxmayaraq, çempionluq ümidlərini saxladıqlarını düşünürlər. Siasport.az saytı xəbər verir ki, "Fənərbaxça"nın hollandiyalı futbolçusu Diyk Kuyt "Beşiktaş"a məğlub olmalarına baxmayaraq, çempion olmaq şanslarının mövcud olduğunu dilə gətirib. Lider "Qalatasaray"la hazırkı xal fərqinin hələ heç nəyi müəyyənləşdirmədiyni deyən hollandiyalı ulduz futbolçu bildirib ki, qarşıdakı turlarda onlardan fərqli olaraq əzəli rəqiblərini ciddi qarşılaşmalar gözləyir: "Azarkeşlərimizi əmin edirəm ki, biz mayda çempionluq uğrunda ən şanslı komanda kimi ortaya çıxacağıq", -deyə D.Kuyt fikrini tamamlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31