AFFA-dan 13 min manatlıq cərimə, 1 oyunluq cəza!
5 Mart 2013 14:37 İdmanBu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 22-ci turunun "Qarabağ" - "İnter" oyunundan sonra qeydə alınan münaqişəyə də hüquqi qiymət verilib:
"Qarabağ" - "İnter" matçı başa çatdıqdan sonra dəhlizdə insident baş verib və polis tərəfindən aradan qaldırılıb. İntizam Komitəsi baş vermiş hadisə ilə bağlı aşağıdakı qərarı qəbul edib:
İctimai asayiş təmin olunmadığı üçün meydan sahibi klub 5000 manat cərimə olunur.
Stadionda baş vermiş intizamsızlığa görə meydan sahibi klub bir Premyer Liqası ev oyununu azarkeşsiz keçirir və klub 8000 manat cərimə olunur.
Oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Sxadadze mətbuat konfransında iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunur.
Azərbaycan Premyer Liqası və I divizion klubları oyunlar zamanı təhlükəsizliyi maksimum dərəcədə təmin etsin.