Maradona: "Bir gün "Barselona"nın baş məşqçisi olacam!"
5 Mart 2013 19:33 İdmanArgentinalı futbol əfsanəsi Diyeqo Maradona maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, İspaniyanın "Marça" qəzetinə xüsusi müsahibə verən D.Maradona bildirib ki, ən böyük xəyalı bir gün "Barselona"nın baş məşqçisi kimi həmyerlisi Leonel Messi ilə birgə çalışmaqdır. 1982-1984-cü illərdə "Barselona"da çıxış etmiş əfsanə futbol adamı bildirib ki, o bu arzusunun reallaşacağına inanır: "Bu arzumu ruhumun dərinlikləri ilə istəyirəm. Leo ilə birgə çalışmaqı çox istərdim. Onun kimi istedadla işləmək başqa zövqdür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31