Kriştianu Ronaldu Mançesterə qayıdır?

İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldunun yay transfer dönəmində komandanı tərk edərək İngiltərəyə yollanacağı iddia olunur.
O da deyilir ki, Ronaldu əvvəlki klubunda, "Mançester Yunayted"də oynayacaq.
"Mankunianlar"ın baş məşqçisi Aleks Ferqüsson isə bu iddiaları yalanlayıb.
Milli.Az The Sun-a istinadən bildirir ki, MU-nun əfsanəvi çalışdırıcısının dediyinə görə, Ronaldunu transfer etmək, onu kluba qaytarmaq niyyətləri olmayıb və yoxdur.
"Ronaldunun kluba qayıdışı üçün heç bir şərt, səbəb yoxdur. Məndə olan məlumatlara görə, həmin informasiya həqiqətə uyğun deyil. Ronaldunun "Real"la imzaladığı müqavilənin müddətinin başa çatmasına hələ iki il var. Məncə, bütün bu söhbətlər müqavilənin müddətinin uzadılması ilə bağlıdır.
Ola bilər ki, iddiaları da Ronaldunun agenti yayır. Amma Ronaldu həqiqətən də qayıtmaq istərsə, bütün yaxşı oyunçularımız kimi, onu da qəbul etməyə hazırıq", - Ferqüsson deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31