Futbol azarkeşlərinə pulsuz çay və kofe verəcəklər
4 Mart 2013 18:50 İdmanRusiyanın futbol üzrə Premyer Liqası klublar qarşısında tələb qoyub ki, oyunlar zamanı azarkeşlərə pulsuz çay və kofe versinlər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu şərt yalnız soyuq havalarda keçirilən oyunlara şamil ediləcək. Bu barədə liqanın icraçı direktoru Sergey Çaban məlumat verib.
Onun sözlərinə görə, bu qayda martın 8-də, çempionatın 20-ci turundan etibarən tətbiq edilməyə başlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31