"Qalatasaray" intizamsız Melonu qovmağa hazırlaşır
4 Mart 2013 18:59 İdmanİstanbulun "Qalatasaray" futbol klubu braziliyalı futbolçu Felipe Melo ilə yolları ayırmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, "Yuventus"dan böyük ümidlərlə transfer olunan, keçən mövsüm "Qalatasaray"ın çempion olmasında böyük pay sahibi olan ulduz futbolçu, son vaxtlar intizamsız hərəkətləri ilə azarkeşləri və klub rəhbərliyini boğaza yığıb. "Beşiktaş"la keçirilən son derbi qarşılaşmasında Oğuzhanın üzünə tüpürərək qırmızı vərəqə alan F.Melo, son turda "Eskişehirspor"la keçirilən oyunda da hakimi təhqir edərək, cəzalı duruma düşüb. Artıq bu vəziyyətə dözmək istəməyən "Qalatasaray" rəhbərliyi, sabah braziliyalı futbolçu ilə görüş keçirərək, bu hərəkətlərinə son verməyəcəyi təqdirdə onunla yolları ayırmaq barədə qərar qəbul ediləcəyi barədə F.Meloya xəbərdarlıq ediləcək.