Cüneyt Çakır "Real"-"Mançester Yunayted" oyununu idarə edəcək

UEFA türkiyəli ədalət təmsilçisi Cüneyt Çakıra daha bir məsul qarşılaşmanın taleyini həvalə etməyi qərara alıb. Siasport.az saytı xəbər verir ki, son bir neçə ildə həm Çempionlar Liqasında, həm də futbol üzrə Avropa Çempionatında ən prinsipial qarşılaşmaları ustalıqla idarə edərək, böyük rəğbət qazanan türkiyəli ədalət təmsilçisi sabah UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiriləcək "Real"-"Mançester Yunayted" oyununu idarə edəcək. Bu maraqlı qarşılaşma Bakı vaxtı ilə axşam saat 23:45-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31