Milli parkda konsert proqramı təşkil olunacaq
4 Mart 2013 15:16 İdman5 mart-Bədən Tərbiyyəsi və İdman Günü ilə bağlı Gənclər və İdman Nazirliyi bir sıra tədbirlər keçirməyi nəzərdə tutub. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a verilən məlumata görə, həmin tarixdə idman ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcəklər. Ziyarətdən sonra Azneft dairəsində idmançıların marş paradı start götürəcək. Günün ikinci yarısında isə bu gün münasibətilə Milli Parkda konsert proqramı təşkil ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31