Bakıda stadiondakı dava ilə bağlı - AÇIQLAMA

“Davaya məhz Rəşad Saıqovla Robertinyo arasındakı mübahisə səbəb olub”

Bu sözləri "Qafqazinfo"ya açıqlamasında "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahibov deyib. O, öz açıqlamasında ümumilikdə oyunun gərgin keçdiyini və bunun da tam normal olduğunu vurğulayıb: "Nəzərə almaq lazımdır ki, görüş turnir cədvəlində II və III yerdə olan komandalar arasında keçirilib. Bu cur gərgin halların yaşanmasını gözləmək olardı.

Oyun zamanı baş verən dava barəsində də danışan mətbuat xidməti rəhbəri onu da bildirib ki, burada böyüdüləcək elə bir şey yoxdur: "Sadəcə olaraq Rəşad Sadıqvla Robertinyo arasında baş verən gərginlik stadionda izdihamın yaranmasına səbəb oldu. Bundan sonra bir qədər gərginlik baş verdi, polsilər stadiona daxil oldu. Ancaq heç kim həbs olunmayıb gərginlik elə stadionda başlayıb, stadioda da başa çatdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31