Mourinyo futbolçunu təhqir etdi VIDEO
Baş məşqçi Ronaldoya qarşı kobud oynayan oyunçunu "yaramaz" adlandırıb
4 Mart 2013 11:48 İdmanİspaniya çempionatında 26-cı turun "Real" və "Barselona" komandaları arsında keçirilən oyundan sonra qalmaqal yaşanıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, "Real"ın məşqçisi Joze Mourinyo kataloniyalıların müdafiəçisi Dani Alvesi təhqir edib.
"El Klassiko"dan sonra mətbuatda yayılan video görüntüdə Joze Mourinyo Ronaldoya qarşı kobud oynayan "Barselona"lı oyunçunu "Hijo de puta", yəni "yaramaz" adlandırıb.
Xatırladaq ki, 55 xal toplayan "Real" 3-cü yerlə kifayətlənib. "Barselona" isə turnir cədvəlində liderlik edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31