Azərbaycan alpinisti Avropanın ən yüksək zirvəsini fəth etdi

AAF mətbuat xidmətindən verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 13:15-də Rüfət Qocayev və iki ukraynalı alpinist ardıcıl olaraq müvəffəqiyyətlə Elbrusun hər iki zirvəsinə qalxıblar. R.Qocayev telefonla bildirib ki, səhər 8:30 radələrində onlar Elbrusun qərb zirvəsini (5642m)  fəth ediblər.  5300 metr hündürlüyündəki dağ çökəyinə enəndən sonra, Rüfət və yoldaşları şərq zirvəsini fəth etmək üçün hərəkətə başlayıblar və 11:00-da bu zirvəni də fəth etməyə müvəffəq olublar (5621m). Ekspedisiyanın qalan iştirakçılar isə yalnız qərb zirvəsinin ikibaşlı dağına qalxmaqla kifayətləniblər. Hazırda alpinistlər dağdan enişi yerinə yetirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31