Messi El-Klassiko-da oynamayacaq?

"Barselona"nın hücumçusu Lionel Messi martın 2-də "Real"a qarşı keçiriləcək La Liqanın 26-cı turunun oyununu buraxa bilər.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb argentinalı futbolçunun səhhətindəki problemlərdir.
Messi komandasının dünənki məşqini yüksək hərarətə görə yarımçıq tərk edib. İndi onun "Real"la oyunda iştirak edib-etməyəcəyim sual altındadır.
Xatırladaq ki, bundan öncə "Real"ın hücumçusu Kriştianu Ronaldunun "Barselona" ilə oyunu buraxacağı bildirilmişdi. Xəbər verilir ki, baş məşqçi Joze Mourinyo gələn həftə Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Yunayted"ə qarşı keçiriləcək görüşü ərəfəsində həmyerlisinin zədə almasından ehtiyat edir. Bu səbəbdən Mourinyo Ronaldunu əsas heyətdə meydana buraxmayacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31