Eboue Hasan Şaşdan üzr istədi

Futbolçu etdiyi hərəkətə görə peşmandır

"Qalatasaray" klubunun futbolçusu Emmanuel Eboue "Orduspor" klubu ilə oyunda Hasan Şaşa "sus" işarəsi etdiyinə görə, üzr istəyib və peşman olduğunu bildirib.
ANS PRESS-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, "Qalatasaray" "Orduspor" oyununun son dəqiqələrində əsəbi hərəkətləri ilə diqqəti cəlb edən Eboue bu barədə açıqlama verib:
"Oyundan çılxarkən bir az gərgin idim, amma bu şəxsi səbəblərlə bağlı idi. Oyunda komandam üçün daha yaxşı şeylər edə bilərdim. Çıxarkən məşqçi köməkçimiz Hasan Şaşa "sus" işarəsi etdiyimə görə çox peşman oldum. Evdə gecə düşündüm. Bütün gücə həmin hərəkəti fikirləşdiyimdən yata bilmədim və bu səhər bütün klub üzlərindən və hasan Şaşdan üzr istədim. Çox peşimanam. Söz verirəm ki, bu son olacaq. Üzürümü qəbul etdiklərinə görə onlara təşəkkür edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31