Neymarın "Barselona"ya transferi ilə bağlı rəsmi açıqlama

Braziliyanın "Santos" klubu futbolçusu Neymarın "Barselona"ya transfer olunacağı ilə bağlı yayılan xəbərlərlə əlaqədar rəsmi açıqlama verib.
Qol.Az-ın Braziliya mətbuatına isitnadən verdiyi məlumata görə, klubun vitse-prezidenti Odillio Rodriqes ulduz futbolçunun Kataloniya komandasına keçəcəyi xəbərlərini təkzib edib.
Klub rəsmisi bildirib ki, Neymarla 2014-cü ilə qədər yeni müqavilə bağlamaq niyyətindədirlər: "Bunun üçün hər şey edəcəyik".
Qeyd edək ki, 21 yaşlı hücumçu ilə maraqlanan klublar arasında Madrid "Real"ı, "Mançester Siti" və "Bavariya" da var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31