Abramoviçdən 10 milyard avroluq ev
Rusiyalı milyarder XVII əsrə məxsus evi yenidən bərpa edəcək
28 Fevral 2013 13:25 İdmanRəsmi London rusiyalı milyarder Roman Abramoviçə XVII əsrə məxsus evi yenidən bərpa etməyə icazə verib. ANS PRESS-in Rusiya mətbuatına istinasən verdiyi məlumata görə, həmin ev rəssam Ceyms Uistlerə məxsus olub.
R. Abramoviçin yeni planlarına görə, evin mənzillərini başqa iki binaya birləşdirəcəklər, kompleksin altında isə zirzəmi tikəcəklər.
"The Evening Standard" yazıb ki, Abramoviç inşaat işləri ilə bağlı icazəni Kensinqston və Çelsi rayonlarının rəhbərlərindən ala bilib. Rusiyalı milyarder razılıq almaq üçün bəzi məsələlərdə güzəştə də getməli olub. Lakin həmin güzəştlərin nə olduğu açıqlanmır. Ilkin məlumata görə, tikinti işlərinə 10 milyard avro xərclənəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31