Təbrizdə “Tiraxtur” bayramı, Azərbaycan, Qarabağ, Xocalı şüarı

Fevralın 26-sı Asiya Çempionlar Liqası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" komandasını qəbul edən Təbrizin "Tiraxtur" futbol klubu 3:1 hesabı ilə qalib gəlib.  "Media forum" saytının məlumatına görə, 90 min azarkeşin iştirakı ilə keçirilən görüşdə milli şüarlar səsləndirilib: "Azərbaycan, Azərbaycan", "Yel yatar, tufan yatar, yatmaz "Tiraxtur" bayrağı", "Qarabağ bizimdir, bizim olacaq", "Azərbaycan var olsun, istəməyən kor olsun", "Türk dilində mədrəsə - olmalıdır hər kəsə", "Fars rasizminə son qoyulsun".

İngilis dilində "Cənubi Azərbaycan İran deyil" plakatı açan "Tiraxtur" azarkeşləri oyun başa çatandan sonra "Səhənd" stadionundan Təbrizin mərkəzi küçələrinə qədər yürüş keçiriblər. Yürüşdə Xocqalı soyqırımı da anılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31