"Çelsi"nin məşqində qalmaqal yaranıb
27 Fevral 2013 19:25 İdmanSon turda "Mançester Siti"yə 0:2 hesabı ilə məğlub olan London "Çelsi"sində daxili gərginlik hökm sürür. Siasport.az saytı xəbər verir ki, "zadəğanların" son vaxtlar uğursuz çıxış etməsi, yeni baş məşqçi Rafel Benitezi də özündən çıxarıb. İngilis mətbuatı yazır ki, ispaniyalı futbol mütəxəssisinin futbolçulara qarşı sərt ittihamlar irəli sürməsi, onları son turlardakı məğlubiyyətlərə görə günahkar göstərməsi, "Çelsi"nin futbolçularının əsəblərini tarıma çəkib. Dünənki təlim məşq zamanı isə, futbolçularla baş məşqçi arasında əsl gərginlik yaşanıb. "The Sun" yazır ki, Con Terri başda olmaqla əksər futbolçular R.Benitezi onlara qarşı haqsız olmaqda suçlayıblar. İngilis qəzeti yazır ki, məşq zamanı baş verənlərdən artıq klub prezidenti Roman Abromoviç də xəbərdardır.