Azərbaycan Kuboku: "Bakı" "İnter"lə üz-üzə
27 Fevral 2013 12:51 İdmanBu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir. Azerisport.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutacaq.
Premyer Liqada ilk altılığa vəsiqə qazanmış iki komanda - "Qəbələ" və "Qarabağ" Qəbələdə üz-üzə gələcəklər. Günün daha tez başlayan digər görüşündə iki paytaxt klubu - "Bakı" və "İnter" qarşılaşacaq.
İlk altılıqdakı yerini təmin etmiş klubların daha bir kubok mücadiləsi Zaqatalada baş tutacaq. Burda "Simurq" Premyer Liqanın lideri "Neftçi"ni qonaq edəcək. 1/4 final mərhələsinin digər duelində "Rəvan"la "Xəzər Lənkəran" qarşılaşacaq.
Azərbaycan Kuboku
1/4 final mərhələsi (ilk oyunlar)
27 fevral
15:00. QƏBƏLƏ - QARABAĞ
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
Qəbələ. Şəhər stadionu.
15:00. BAKI - İNTER
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Orxan Məmmədov.
"Bakı"nın təlim-məşq bazasının stadionu.
17:00. RƏVAN - XƏZƏR LƏNKƏRAN
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Ramil Diniyev.
Bakı. Bayıl Arena.
17:00. SİMURQ - NEFTÇİ
Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ömər Paşayev.
Zaqatala. Şəhər stadionu.