Burak Yılmaz "Mançester Yunayted"də?

Sportliqa.az xəbər verir ki, "Mançester Yunayted" "Qalatasaray"ın futbolçusu Burak Yılmazı transfer etməyi planlaşdırır.
İngilislərin baş məşqçisi Aleks Ferqüsson 27 yaşlı hücumçunu hələ qrup mərhələsində birgə oynadıqları vaxtdan izləməyə başlayıb. Burakın uğurlu çıxış etməsi isə Ferqüssonun fikrini qətiləşdirib.
B.Yılmaz turnirdə 7 oyunda 7 qol vurub ki, bunlardan biri elə Mançester təmsilçisi ilə oyuna təsadüf edib. İngilislər Türkiyə yığmasının da üzvü olan futbolçunu yayda 15 milyon avroya almaq istəyirlər.
Qeyd edək ki, Yılmaz ötən yay "Trabzonspor"dan "Qalatasaray"a 5 milyon avroya keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31