Maradonanı İtaliyada kral kimi qarşıladılar!

Dünyanın futbol əfsanələrindən sayılan argentinalı Diyeqo Maradona, uzun illərdən sonra yenidən İtaliyaya qayıdıb. Siasport.az saytı xəbər verir ki, ötənlərin əfsanə futbolçusu, 1984-1991-ci illər arasında şərəfini qoruduğu "Napoli" futbol klubunu ziyarət etmək üçün Napoli şəhərinə gəlib. Neçə illərdir ki, İtaliya hökuməti tərəfindən 40 milyon dollarlıq vergi borcu ilə bağlı ittiham olunan argentinalı futbol əfsanəsini, Napoli şəhərində böyük coşqu ilə qarşılayıblar. D.Maradon ona qarşı irəli sürülən vergi borcunun cəfəngiyyatdan başqa bir şey olmadığını deyərək, İtaliya hökumətinə belə bir borcunun olmadığını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31