"Barselona"dan Neymar açıqlaması

"Barselona" klubu braziliyalı futbolçu Neymar haqqında ilk rəsmi açıqlama verib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klubun vitse-prezidenti Xosep Bartomeu Neymarın transferi üçün işə başlamağa hazır olduqlarını bildirib. "Santos"la 2014-cü ilə qədər müqaviləsi olan Neymarın gələn mövsümdən "Barselona"nın formasını geyinməsi gözlənilir. Bu barədə danşan Bartomeu bildirib: "Neymarı transfer etmək istəyirik. Çünki texniki heyət bu transferi həyata keçirməyimizi istədi. Ancaq bunun üçün Neymar "Santos"dan ayrılmağa hazır olduğunu bildirməlidir".

Qeyd edək ki, 21 yaşlı futbolçu ilə maraqlanan klublar arasında Madrid "Real"ı da var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31