Hakan Şükür Xocalıdan yazıb

Futbol əfsanəsi "Twitter" səhifəsində faciənin qurbanlarını anıb

Türkiyənin keçmiş futbol ulduzu, deputat Hakan Şükür Xocalı soyqırımının qurbanlarını anıb. ANS PRESS bu haqda Hakan Şükürün "Twitter" səhifəsinə istinadən məlumat verir.
"Xocalı soyqırımının 21-ci ildönümündə 613 azərbaycanlı qardaşımızın acısını ürəyimizdə hiss edirik. Şəhid qardaşlarımızı hörmətlə anırıq",- deyə Hakan Şükür qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31