Maradona tennisə keçir
Futbol əfsanəsi tennisçiləri məşq etdirəcək
25 Fevral 2013 19:45 İdmanƏfsanəvi futbolçu Dieqo Maradona Dubayda kişilər arasında keçiriləcək tennis turnirinə hazırlaşır. Yarışın gələn həftə baş tutacağı gözlənilir.
"Gələn həftə mən Xuan Martin Del Petro ilə məşq edəcəyəm. Oyuna qədər bir neçə məşq keçirəcəyəm" - deyə futbolçu bildirib.
Hal-hazırda Dubayda qadınlardan ibarət tennis turniri keçirilir. Əfsanəvi futbolçu əvvəllər tennis kraliçası sayılan məşhur tennisçi Karolin Voznyaçkiyə öz avtoqrafı ilə birlikdə futbol geyimini hədiyyə edib. Qız isə ona imzası ilə birlikdə raketkasını bağışlayıb.
Xatırladaq ki, futbolçunun sonuncu komandası "Əl Vəsl" olub. Əfsanəvi futbolçu futboldan getdiyini, bundan sonra məşqçiliklə məşğul olmaq istədiyini bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31