Foqts 42-cidir

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı baş məşqçilərinin reytinq siyahısını açıqlayıb. Fanat.az xəbər verir ki, milli komandamızın baş məşqçisi Berti Foqts siyahıda 42-ci yeri tutur.  245 mütəxəssisin yer aldğı siyahı 1996-2012-ci illərdə məşqçilərin göstərdiyi nəticələrə əsasən hazırlanıb. Foqts reyqinq cədvəlinə əsasən Almaniya yığmasını 1996-cı ildə Avropa çempionu etdiyi üçün düşüb. Siyahıya "Mançester Yunayted"in şotlandiyalı baş məşqçisi Aleks Fergüssson başçılıq edir. Fransalı Arsen Venger ikinci, portuqaliyalı Joze Mourinyo isə üçüncü yeri tutur. "Qalatasaray"ın baş məşqçisi Fatih Terim braziliyalı Mario Zaqalo ilə birgə 49-cu pillədədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31