"Messi bir insan kimi futbolçudan daha yaxşıdır"

Ispaniyanın "Barselona" klubunun prezidenti Sandro Rossel Lionel Messi haqda və "Santos"un forvardı Neymarın bu kluba keçidi barədə danışıb.
Milli.Az Sports-a istinadən bildirir ki, Rossel deyib:
"Həmişə deyirlər ki, komandalar yalnız üç il əla səviyyədə oynayıb qələbə qazana bilirlər. Amma biz 4 ili uğurla yola verdik, indi beşinci ildir və yenə də özümüzü əla hiss edirik.
Messi kimi bir ulduzla işləməyimizə gəlincə, bu baxımdan "Barselona"nın prezidenti olmaq çox asandır. Messi bir insan kimi futbolçudan daha yaxşıdır.
Neymara gəlincə, mən bildiyim qədər, o, minimum 2014-cü ilin yayına qədər "Santos"da oynayacaq. Ancaq onu deyə bilərəm ki, biz həmişə güclənmək üçün ən yaxşı variantları seçirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31