Tito Vilanova aprelin əvvəlində qayıdacaq

İspaniyanın "Barselona" futbol klubunun prezidenti Sandro Rosel bildirib ki, komandanın baş məşqçisi Tito Vilanovanın müalicəsi qrafik üzrə aparılır və o, aprelin əvvəlində səlahiyyətlərinin icrasına başlayacaq.
Trend-in cümə günü xarici KİV-ə istinadən verdiyi məlumata görə, Rosel aprelin əvvəlində Vilanovanın gəlişini gözlədiklərini deyib.
"Biz onu tələsdirmirik və cansağlığı arzulayırıq. Deyə bilərəm ki, müalicə qrafik üzrə gedir", - o qeyd edib.
Qeyd edək ki, Vilanova xərçəng şişinin götürülməsi əməliyyatından sonra Nyu-Yorkda müalicə kursu keçir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31