“Barselona”ya daha bir zərbə

İspaniyanın "Barselona" klubu futbol üzrə Çempionlar Liqasında İtaliya "Milan"ı ilə keçirəcəyi 1/8 final mərhələsinin cavab görüşünə baş məşqçi Tito Vilanovasız çıxacaq. Lent.az-ın məlumatına görə, Kataloniya klubunun prezidenti Sandro Rossel Vilanovanın hazırda ABŞ-da olduğunu bildirib. Rossel deyib ki, Vilanova okeanın o tayına xəstəliyi ilə əlaqədar gedib. Onun İspaniyaya martın sonlarında qayıdacağı gözlənilir. Qeyd edək ki, "Barselona" ilə "Milan" arasındakı cavab görüşü martın 12-də "Nou Kamp" stadionunda olacaq. İlk görüşdə İtaliya komandası qalib gəlib - 2:0.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31