Boksçu rinqdə öldü

Ceremayaya Moen başından aldığı ciddi zədələrdən dünyasını dəyişib

Boks rinqində daha bir ölüm faktı qeydə alınıb. Şimali Dakotadan olan həvəskar boksçu Ceremayaya Moen rinqdə aldığı zədəyə görə xəstəxanada dünyasını dəyişib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, "Cey-cey" ləqəbli boksçunun 29 yaşında olduğu bildirilir.
Minnesotedə baş tutan döyüşdə elə birinci raundda huşunu itirən Moen kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Boksçu səhər saatlarında huşu özünə gəlmədən dünyasını dəyişib. Boksçunun başında olan ciddi zədələrdən öldüyü bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31