Karles Puyol: "Qisas alacağıq"

Milli.Az Sports-a istinadən xəbər verir ki, "Barselona" klubunun kapitanı Karles Puyol Çempionlar Liqasının 1/8 finalında "Milan"a qarşı keçirdikləri oyundan danışıb. Onun dediyinə görə, komandasının oyunu dünən əlverişli və ürəyi istəyən kimi alınmayıb, həmçinin bildirib ki, cavab oyununda qisas alacaqlar.
"Biz bilirdik ki, bu oyun bizim üçün çox çətin olacaq, amma hamı ümid edirdi ki, bu görüşdə biz qalib gələcəyik.
Qarşı tərəf bizdən üstün deyildi, amma buna baxmayaraq, biz onları yenə bilmədik. Bu nəticəni dəyişmək qeyri-mümkündür, amma cavab oyunu bizi gözləyir.
Barselonada biz bütün gücümüzü nümayiş etdirib yaxşı nəticələrə nail olacağıq. Mən öz komandama inanıram. Azarkeşlər də bizimlə olacaqlar və bir yerdə buna nail olacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31