Dünya Kuboku 2013: Azərbaycan Rusiya və Türkiyə ilə eyni yarımqrupda

21-22 fevral 2013-cü il tarixdə sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçiriləcək. Sərbəst güləş yarışlarında Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarusiya, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcək.
Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan yığması Rusiya, Türkiyə, Belarusiya və Qazaxıstanla birgə "A" yarımqrupunda, İran, Bolqarıstan, ABŞ, Yaponiya və Gürcüstan komandaları "B" yarımqrupunda mübarizə aparacaq. Qaydalara əsasən, yarımqrupun liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək.

Azərbaycan güləşçiləri ilk görüşünü Rusiya yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə təxminən saat 10.00-da başlayacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31